Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar ARDNŞ-nin «Azərikimya» İstehsalat Birliyinin bir qrup əməkdaşı Heydər Əliyev Fondunda olmuşdur.
Kimyaçılara Heydər Əliyev Fondu haqqında geniş məlumat verilmiş, bildirilmişdir ki, Fond Ulu öndər Heydər Əliyevin yaratdığı mili dövlətçilik ideyalarının gələcək nəsillərə aşılanmasına, onun siyasi irsinin öyrənilməsi və təbliğinə xidmət edir. Birlik əməkdaşları Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-stendlərlə tanış olmuş, Ümummilli liderin həyat yolunu geniş şəkildə işıqlandıran sənədli filmə baxmışlar.
«Azərikimya» İB-nin əməkdaşları Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxaran, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək, həyata keçirən dahi siyasətçi Heydər Əliyevin adını daşıyan Fondun çoxşaxəli fəaliyyəti ilə tanış olmaq üçün onlara şərait yaradıldığına görə Fondun prezidenti, Azərbaycan Respublikasının birinci xanımı, millət vəkili Mehriban Əliyevaya dərin minnatdarlıqlarını bildirmişlər.