«Azərikimya» İB-nin rəhbərliyi Sumqayıtın Tarix muzeyinin kollektivi ilə görüşüb

927

Bu görüş muzey işçiləri üçün əlamətdar bir gün – Beynəlxalq Muzeylər günü ilə bağlı olsa da, «Azərikimya» rəhbərliyinin kimyaçıların 60 ildən artıq həyat və istehsalat fəaliyyətinin geniş və dolğun salnaməsini yaradan muzey işçiləri ilə daha sıx əlaqələrin qurulması baxımından xüsusi əhəmiyyətə malik idi. Belə ki, əsası 1967-ci ildə qoyulan Tarix muzeyində bu gün yalnız Sumqayıt 1949-cu ildə şəhər statusu aldıqdan sonrakı dövrü deyil, burada kimya müəssisələrinin təməlinin qoyulduğu 1938-47-ci illəri əhatə edən dövrü, həmin illərdən etibarən inşaatçıların və kimyaçıların həyat və fəaliyyətini əks etdirən zəngin sənəd və eksponatlar toplanmışdır.
Şəhərin kimya müəssisələrinin inşasında və onların sonradan istismara verilməsində, texnoloji qurğularda həmin dövr üçün ölkəmizə xüsusilə vacib olan kimya məhsullarının alınması və onların istehsal həcminin və keyfiyyətinin ildən-ilə artırılmasında Sumqayıtın ilk sakinlərinin, o cümlədən kimyaçıların böyük əməyi olmuşdur.
«Azərikimya» İB-nin rəhbərliyi ilə görüşdə bu barədə geniş məlumat verən Sumqayıt şəhər Tarix muzeyinin direktoru, respublikanın Əməkdar Mədəniyyət işçisi, 35 ildən artıq bir müddətdə şəhərin uzaq və yaxın keçmişi, onun qurucuları ilə bağlı sənəd və eksponatları hissə-hissə toplayaraq, muzeyin fondunu genişləndirməklə eksponatların sayını 15 minə çatdırmış Olya İslamova şəhərin kimya sənayesinin inkişafında böyük xidmətləri olmuş kimyaçılar – Sosialist Əməyi Qəhrəmanları Ağaxan Ağayev, Şəmşad Pənahov, Dadaş Dadaşov, uzun illər kimya müəssisələrinə uğurla rəhbərlik etmiş Əliş Mustafayev, Fərhad Zeynalov, Xalid Rzayev, Nurəddin Babayev, Ucal Qasımzadə, Nərçə Ağayev, Zamin Hüseynov və digərləri ilə bağlı muzeydə saxlanılan qiymətli sənədlər barədə kimyaçılara məlumat vermiş, onlar haqqında xatirələrini danışmışdır. Sumqayıtın bugünkü neft-kimya kompleksinin yaranması və inkişafında onların xidmətləri minnətdarlıqla yada salınmışdır.
«Azərikimya» İstehsalat Birliyi Müşahidə Şurasının sədri Muxtar Babayev muzey işçilərini əlamətdar gün – onların peşə bayramı münasibətilə təbrik edərək, Sumqayıtın Tarix muzeyi əməkdaşlarının şəhərin tarixi, onun dinamik inkişafı, iqtisadi əlaqələri, mədəniyyəti və s. ilə bağlı maraqlı eksponatlar toplayaraq muzeyin fondunu genişləndirmələrini və gələcək nəsillər üçün örnək ola biləcək şəxslərin, o cümlədən kimyaçıların həyat və əmək fəaliyyətinin dolğun, zəngin salnaməsini yaratmalarını yüksək qiymətləndirmişdir.
Söhbət zamanı Birlik rəhbərliyi «Azərikimya» İB-də yeni yaradılmış «Heydər Əliyev və Azərbaycan kimyası» muzey-guşəsi üçün fotomaterialların və digər sənədlərin əldə olunmasında muzey kollektivinin köməyinə və faydalı məsləhətlərinə görə təşəkkürünü bildirmiş, gələcəkdə Birliyin kimyaçıları ilə muzey kollektivinin əməkdaşlığının daha sıx və geniş olmasının vacibliyini vurğulamışdır.
Görüşün sonunda Birlik nümayəndələri Sumqayıt Tarix muzeyinin salonlarını gəzərək, şəhərin ilk qurucuları ilə bağlı eksponatlarla və kimya sənayesinin inkişaf mərhələlərini əks etdirən foto-sənədlərlə tanış olmuşla

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər