«Azərikimya» İB texnoloji qurğu və xətlərdə yeni ingibitorların tətbiqinə başlamışdır

823

ARDNŞ-nin «Azərikimya» İstehsalat Birliyində kimya sənayesinin perspektiv inkişafı ilə bağlı hazırlanmış ilkin layihələrə əsasən Etilen-polietilen zavodunun «EP-300» istehsalat sahəsində yeniləşmə və təkmilləşdirmə işləri davam etdirilməkdədir. Bu günlərdə istehsalatın piroliz və etan sobalarında, kalonlarda, piroqaz kompressorlarında və dövri su sistemində müasir ingibitorların tətbiqinə başlanılmışdır. Yeni tip ingibitorların tətbiqi istehsalatın modernləşməsi prosesində daha səmərəli texnoloji metodlardan istifadə edilməsi, həmçinin texnoloji qurğu və xətlərdə polimerləşmə və kokslaşma nəticəsində tutulmalar əmələ gəlməsinin qarşısının alınması zərurətindən irəli gəlir. Məhz bu məqsədlə «EP-300» istehsalatında tətbiqinə başlanılmış yeni ingibitorlar Türkiyənin «Petkim» Şirkətinin dəstəyi ilə əldə edilmiş və müvafiq sahələr üzrə texnoloji qurğu və xətlərə yönəldilmişdir. Beləliklə həm texnoloji xətlərdə – xammal və yarımfabrikat məhsulların nəql olunduğu boru kəmərlərində, istidəyişdirici borularda, həmçinin dövri su sistemindəki aparatlarda əvvəllər istehsal prosesində fasilələr yaranmasına səbəb olan, müəssisə üçün ciddi problemlər və çətinliklər yaradan tutulmaların aradan qaldırılması istiqamətində mühüm addım

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər