«Azərikimya» İstehsalat Birliyi Almaniyanın BASF şirkəti ilə əməkdaşlıq etmək niyyətindədir

1208

ARDNŞ-nin «Azərikimya» İstehsalat Birliyinin kollektivi son dövrlərdə kimya müəssisələrindəki mövcud istehsalat sahələrinin və texnoloji qurğuların yenidən qurulması, modernləşdirilməsi ilə yanaşı müasir istehsalat sahələrinin yaradılmasına, məhsul çeşidlərinin genişləndirilməsinə, onların istehsal həcminin artırılmasına xüsusi diqqət yetirir. Birlik bu məqsədlə dünyanın kimya və neft-kimya sənayesi üzrə ən qabaqcıl, zəngin elm-istehsalat təcrübəsinə malik şirkətlərlə əməkdaşlığa mühüm əhəmiyyət verir. Bu günlərdə Almaniyanın məşhur BASF şirkətinin nümayəndələri ilə Sumqayıtda keçirilmiş görüşdə də məhz Birliyin perspektiv inkişaf planlarından söhbət açılmışdır. Görüşdə Almaniyada və Azərbaycanda istehsal olunan kimya və neft-kimya məhsulları, onların çeşidlərinin və həcminin artırılması, dünya bazarına çıxışın və mövqelərin daha da möhkəmləndirilməsi ilə bağlı işgüzar müzakirələr aparılmışdır. Azərbaycanın neft-kimya kompleksinin daha sürətli inkişafının təmin edilməsi məqsədi ilə BASF şirkətinin təklifləri əsasında reallaşdırıla biləcək tədbirlər nəzərdən keçirilmişdir. Görüşdə yaxın perspektiv üçün BASF-ın dəstəyi ilə «Azərikimya»nın yeni, daha səmərəli və tullantısız texnologiyalara əsaslanan istehsal sahələrinin, sənaye şəhərciyinin yaradılması məsələsi də müzakirə olunmuşdur. Qeyd edək ki, baş ofisi Sumqayıtla qardaşlaşmış şəhər olan Lüdviqshafendə yerləşən BASF dünyanın ən iri və nüfuzlu şirkətlərindən olmaqla özünün filial və nümayəndəlikləri ilə 100-ə qədər ölkədə səmərəli fəaliyyət göstərir. 150-dən artıq istehsalat sahəsinə malik olan BASF şirkəti öz məhsul¬larını dünyanın 200-ə qədər ölkəsinə ixrac edir. Şirkətin təkliflər portfelinə xam neft və təbii qazla yanaşı müxtəlif təyinatlı kimya məhsulları, plastiklər, kənd təsərrüfatı üçün nəzərdə tutulan kimya məhsulları daxildir. 130 ilə yaxındır ki, Rusiyada öz istehsal sahələrini yaratmış BASF firması öz fəaliyyə¬tini Ukrayna, Qazaxıstan, Özbəkistan respublikalarında və digər MDB ölkələrində də genişləndirməkdədir. Üç il əvvəl isə BASF şirkəti tərəfindən Sumqayıtın H.Z.Tağıyev qəsə¬bəsində yaradılmış müəssisə artıq ümumi illik həcmi 6 min ton olan 15-ə qədər çeşiddə məhsul istehsal edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər