”Azərikimya” İstehsalat Birliyi uzunmüddətli ekoloji layihəyə yekun vurub

848

ATƏT-in Bakı Ofisinin “Təhlükəsizlik və ətraf mühit üzrə vətəndaş fəaliyyəti” proqramı çərçivəsində ARDNŞ-nin ”Azərikimya” İstehsalat Birliyi ilə “Energetika və Ekologiya” Maarifçilik İctimai Birliyinin birlikdə həyata keçirdikləri ekoloji tədbirlərə yekun vurulmuşdur. “Sumqayıt şəhərində təhlükəli sənaye tullantıları və onlarla mübarizə metodları sahəsində maarifləndirmə” mövzusunda beş aydan çox davam etmiş tədbirlər silsiləsinə hesabat və mətbuat konfransı ilə yekun vurulmuşdur. Tədbirdə ”Azərikimya” İB-nin, “Energetika və Ekologiya” MİB-nin, Sumqayıt Dövlət Universitetinin, “Təhlükəli tullantılar” MMC-nin təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. “Energetika və Ekologiya” Maarifçilik İctimai Birliyinin sədri Vaqif Əliyev və ”Azərikimya” İB “Əməyin mühafizəsi, təhlükəsizlik və ekologiya” şöbəsinin rəisi Qəzənfər İmanov təhlükəli sənaye tullantılarının insan orqanizminə təsiri və bu təsirlərin azaldılması istiqamətində görülən işlər haqqında iştirakçılara geniş məlumat vermişlər. Qeyd olunmuşdur ki, 1989-cu il martın 22-də dünyanın 170 dövlətinin təhlükəli tullantıların transmilli daşınması ilə bağlı Bazel Konvensiyasına qoşulması tullantıların bütövlükdə bəşəriyyət üçün böyük təhlükə mənbəyi olaraq ciddi narahatçılıq doğurduğunu təsdiq etmişdir. Hesabat xarakterli çıxışlardan sonra “Energetika və Ekologiya” MİB-nin və ”Azərikimya” İB “Əməyin mühafizəsi, təhlükəsizlik və ekologiya” şöbəsinin nümayəndələri mətbuat işçilərinin çoxsaylı suallarını cavablandırmışlar. Tədbirin sonunda təhlükəli sənaye tullantıları ilə bağlı sənədli film nümayiş etdirilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər