“Azərikimya” müstəqillik gününü qeyd etdi

646


Azərbaycanın Dövlət Müstəqilliyinin 21-ci ildönümü münasibətilə «Azərikimya» İstehsalat Birliyinin bütün idarə və müəssisələrində təşkil olunmuş silsilə tədbirlər bu gün Birliyin akt zalında kimyaçıların və Sumqayıt şəhər ictimaiyyətinin iştirakı ilə keçirilən geniş tədbirlə davam etdirilmişdir.
Tədbirdə 1918-ci ilin mayında müsəlman Şərqində ilk dəfə olaraq Azərbaycanda Demokratik Respublikanın yaradılmasından, onun 23 aylıq müstəqil bir dövlət kimi uğurlarından, 70 ildən artıq imperiya ambisiyalarının hədəfində qalmasına baxmayaraq, ölkəmizin XX əsrin sonlarında öz dövlət müstəqilliyini yenidən bərpasından geniş və maraqlı söhbət açılmışdır.
Birliyin Etilen-polietilen, «Üzvi sintez» zavodlarında, “Kimyalayihə” İnstitutunda, Təmir-tikinti, Nəqliyyat və xüsusi texnika, Anbar təsərrüfatı idarələrində keçirilərək, Azərbaycanın Dövlət müstəqilliyinin 21-ci ildönümünə həsr olunmuş tədbirlərdə də azadlıq və müstəqillik, vətənpərvərlik, Heydər Əliyev ideyalarına sədaqət ruhu həmin tədbirlərin əsasını təşkil etmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər