«Azərikimya» xarici şirkətlərlə əməkdaşlığı genişləndirir

854

«Azərikimya» İB ilə Rusiyanın «Nijnekamskneftexim» ASC arasında perspektiv əməkdaşlıq haqqında ilkin razılaşma əldə olunmuşdur

Oktyabrın 1-də Rusiya Federasiyasının «Nijnekamskneftexim» Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi «Azərikimya» İstehsalat Birliyi ilə işgüzar əməkdaşlıq əlaqələri yaratmaq məqsədilə Sumqayıta səfər etmişdir. Tərəflər arasında aparılmış işgüzar müzakirələr nəticəsində qərara alınmışdır ki, bundan sonra «Azərikimya» İB və «Nijnekamskneftexim» tərəfdaşlıq əlaqələrini ildən-ilə genişləndirəcək, kimyəvi məhsulların mübadiləsini artıracaq, qarşılıqlı şəkildə perspektiv inkişafa nail olmaq üçün həm texnoloji planda, həm də kadr hazırlığı və mübadiləsi baxımından bir-birinə yardım göstərəcək, dünya bazarında mövqelərini möhkəmləndirmək məqsədi ilə çoxillik səmərəli əməkdaşlıq edəcəkdir. Görüşün sonunda tərəflər arasında ilkin protokol imzalanmışdır. Qeyd etmək lazımdır ki, «Nijnekamskneftexim» ASC özündə 10 kimya müəssisəsini birləşdirməklə 100-dən artıq çeşiddə kimya məhsulları, o cümlədən ümumi və xüsusi təyinatlı sintetik kauçuk, polietilen, polipropilen, polistirol, kauçuk və plastiklər üçün ilkin xammal olan monomerlər, həmçinin etilen və propilen oksidi, səthi aktiv maddələr və digər neft- kimya məhsulları istehsal edir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər