«Azərikimya»da hesabat-seçki konfransı keçirilib

715

«Azərikimya» İstehsalat Birliyinin akt zalında Birliyin Həmkarlar İttifaqı Komitəsinin növbəti hesabat-seçki konfransı keçirilmişdir. Hesabat məruzəsində son iki il ərzində ARDNŞ rəhbərliyinin diqqət və qayğısı sayəsində Birliyin əsas istehsalat sahələri olan Etilen-polietilen, «Üzvi sintez», Mexaniki-təmir zavodlarında, həmçinin Təmir-tikinti, Nəqliyyat və xüsusi texnika İdarələrində çalışan kimyaçıların əmək və sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların sağlamlığının qorunması və istirahətlərinin təşkili istiqamətində görülən işlərdən geniş söhbət açılmışdır.
Konfrans nümayəndələri «Azərikimya»nın ARDNŞ tərkibinə verildikdən sonra Birliyin istehsalat sahələrində aparılmış geniş rekonstruksiya və yeniləşmə proseslərindən, kimyaçıların iş və məişət otaqlarının, yeməkxanaların və s. müasir tələblər səviyyəsində yenidən qurularaq əməkçilərin istifadəsinə verilməsindən, Birlikdə çalışan hər bir işçinin iş zamanı yemək xərclərinin Birlik tərəfindən ödənilməsinin təmin edilməsindən razılıqla danışmışlar. Yenidən qurulmuş «Kimyaçı» poliklinikasının və yeni yaradılmış Təcili tibbi yardım Mərkəzinin ən müasir tibbi avadanlıqlarla, universal təcili yardım maşını ilə təchiz edilərək kimyaçıların xidmətinə verilməsi, göstərilən tibbi xidmətin yüksək səviyyədə təşkili də Şirkət rəhbərliyinin Birlik əməkçilərinin sağlamlıqlarına göstərdiyi diqqətin və sosial qayğının təzahürüdür.
Kimyaçıların sağlamlıqlarının möhkəmləndirilməsi və istirahətinin təşkili məqsədilə onların Həmkarlar İttifaqının xətti ilə güzəştli göndərişlərlə respublikamızın ən səfalı guşələrində yerləşən istirahət zonalarında çoxgünlük istirahətinin təşkilindən konfrans iştirakçıları razılıq ifadə etmişlər. Diqqətə çatdırılmışdır ki, «Azərikimya» İB rəhbərliyinin təşkilati dəstəyi və Birlik Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə vaxtaşırı olaraq Sumqayıtda idmanın müxtəlif növləri üzrə yarışların təşkil edilməsi də əməkçilərin sağlamlığının möhkəmləndirilməsi, kimyaçıların, o cümlədən Birliyin və bütünlükdə şəhərin gənclərinin idmana cəlb edilməsində kütləviliyə nail olmaq məqsədi daşımışdır.
Azərbaycanın Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyevin də iştirak etdiyi konfransda bütün bunlar barədə geniş söhbət açılmış və Birlik Həmkarlar İttifaqı Komitəsinin fəaliyyəti «yaxşı» qiymətləndirilmişdir.
Səsvermə yolu ilə Vaqif Ömərov yenidən «Azərikimya» İB Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • sarqiyya
    Sentyabr 10, 2012 - 22:38

    secilmekle deyil e, iw gormek lazimdir. iw. gor nece adami iwden sebebsiz kenarlawdiriblar.bes hemin adamlarin teleyi hec hemkarlar ittifaqini dushundururmu goresen? axi hemin adamlar uzun iller hemin ittifaqa uzvluk haqqi odeyibler, ona gore mi ki ittifaq dar ayaqda onlari atsin.60 yashinda teqaude cixardirlar. 40 yashindakilari da sexler baglanir deye ishden cixardirlar.bes bu bedbext adam 60 yawina qeder ne yesin? heee? ittifaq?

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər