“Azərikimya”da qənaətlə bağlı analitik müşavirədə nələr müzakirə olundu?

931

“Azərikimya” İB-nin akt zalında Birliyin müəssisə və idarələrində enerjidaşıyıcılardan qənaətlə istifadə olunması ilə bağlı geniş analitik müşavirə keçirilmişdir. Birliyin müəssisə və idarələrinin, istehsalat rəhbərlərinin, baş mütəxəssislərin iştirak etdiyi tədbirdə “Azərikimya” İB-nin İcraçı direktorunun müavini Vüqar Kərimovun ayrı-ayrı struktur bölmələrində qənaət rejiminin tətbiqi sahəsində mövcud vəziyyət, enerjidaşıyıcılardan səmərəli istifadə metodları və s. barədə çıxışı dinlənilmiş, müzakirələr aparılmışdır. 

Ekranda əks etdirilən foto-slaydlar və video-süjetlər vasitəsilə Birliyin Etilen-polietilen, «Üzvi sintez», Mexaniki-təmir zavodlarında, Təmir-tikinti, Nəqliyyat və xüsusi texnika idаrələrində son dövrlərdə elektrik və istilik enerjisinə, suya qənaət sahəsində həyata keçiril­miş tədbirlər və onların nəticələri ilə bağlı real mənzərə diqqətə çatdırılmışdır. Qeyd edilmişdir ki, ayrı-ayrı istehsalat sahələrində, texnoloji və enerji xətlərində yüksək enerjitutumlu transformatorların, mühərriklərin, nasos və kompressorların aztutumlu analoqları ilə dəyişdirilməsi, fiziki və mənəvi baxımdan köhnəlmiş avadanlığın yeniləri ilə əvəz edilməsi xeyli həcmdə enerjidaşı­yıcılara qənaət etməyə imkan vermişdir. Bununla belə bu sahə­də tam istifadə olunmamış potensial imkanların hələ də qaldığı nəzərə çatdırılmışdır. Tədbir iştirakçıları­nın diqqəti məhz bu sahələrin aşkara çıxarılmasına yönəldilmişdir.

Müzakirə olunan mövzu ilə bağlı müəssisə və idarə rəhbərlərinin fikir və mülahizələri, təklifləri dinlənilmişdir.

“Azərikimya” İB-nin Müşahidə Şurasının sədriMuxtar Babayevöz çıxışında qənaət reji­mi sahəsində görülən işləri qiymətləndirərək, tədbir iştirakçılarının diqqətini bir çox illərdir ki, əhəmiyyəti  unudulmuş sahəyə – mühəndis-texnik işçilərin texniki yaradıcılıq səylərinin artırılmasına, səmərələşdirmə təkliflərinin hazırlanmasına və tətbiqinə yönəlt­mişdir. Texniki yaradıcılıq fəaliyyətinin, həyata keçiriləcək səmərələşdirmə təkliflərinin stimullaşdırılacağı, səmərələşdiricilərin mükafatlandırılacağı xəbəri tədbir iştirakçıları tərə­fin­dən böyük rəğbətlə qarşılanmışdır. Bu onu deməyə əsas verir ki, kimyaçı-mütəxəssislər bundan sonra texniki yaradıcılıq axtarışlarını daha da genişləndirəcək və istehsalatın daha çox qənaət əsasında idarə olunmasına nail olacaq, bu işə öz böyük töhfələrini verəcəklər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər