«Azərikimya»da yeniləşmə davam edir

803

Etilen-polietilen

zavodunda yüksək məhsuldarlıqlı yeni qablaşdırma xətti quraşdırılmışdır 

ARDNŞ-in «Azərikimya» İstehsalat Birliyinin müəssisə və istehsalatlarında yenidən­qur­ma və müasirləşdirmə prosesi uğurla davam etdirilməkdədir. Etilen-polietilen zavo­du­nun «EP-300» istehsalatında və texniki izopropil sexindəaparıl­mış əsaslı təmir və yeni­dən­qurma işləri, müasir avadanlıq və qovşaqların tətbiqi ilə baş­la­nılmış texniki yeni­ləş­mə təd­bir­ləri bu gün müəssisənin daha bir istehsalatında – «Poli­mir-120» kompleksin­də də həya­ta keçirilməkdədir.

İstehsalatın konveksiya sexində 23 ildir ki istifadədə olan qablaşdırma maşınları artıq müasir standartlara uyğun olmadı­ğından ölkədaxili və xarici bazara çıxarılan hazır məh­su­lun qablaşdırılması prosesində müəyyən problemlər və ləngimələr müşahidə olunur­du. Məhz bu səbəbdən  texnoloji xəttdə müasir qablaşdırma maşınının quraşdırılmasına xüsu­si ehtiyac duyulurdu.

«Azərikimya» İstehsalat Birliyi müasir və daha məhsuldar, istismar baxımından daha əl­verişli olan yeni qablaşdırma maşınının əldə olunması üçün hələ ilin əvvəlindən başla­yaraq tender elan etmiş və həmin avadanlığın istehsalı üzrə ixtisaslaşmış bir neçə xarici şirkət və firmalarla əlaqə yaradaraq, danışıqlaraparmışdır. Marketinq seçimi olaraq Türkiyə və Alma­niya şirkətlərinin istehsalı olan qablaşdırma qurğusuna üstünlük veril­mişdir. Artıq bir-neçə gün əvvəl alman və türk mütəxəssislərinin bilavasitə iştirakı ilə yeni, özünün bütün texniki para­metrlərinə görə müasir standartlara tamamilə cavab verən qab­laşdırma maşınının hazır məhsulun nəql olunduğu konveyerin üzərində quraşdırılması başa çatmışdır. Uzun illərdir ki istismarda olan, bu səbəbdən də məhsuldarlığı azalaraq, saat­da 10 tondan 7 tona düşmüş köhnə qablaşdırma qurğularından fərqli olaraq yeni maşının istehsal gücü 4 dəfədən də çox – saatda 30 tona yaxındır. Bu da son məhsulun fasiləsiz olaraq və daha keyfiyyətlə qablaşdırılmasına, alıcılara vaxtında çatdırılmasına tam təminat yaradacaqdır. Maşının müasir avtomatika-elektronika, nəzarət-ölçü cihazları ilə təmin olun­ması, xü­susilə də əməliyyatların əsas etibarilə kompüter proqramları vasitəsi ilə idarə edil­məsi onun üstün cəhətlərindəndir. O da xüsusilə əhəmiyyətlidir ki, yeni qablaşdı­rıcı ma­şı­nın enerji sərfi əvvəlki 3 maşının ümumi enerji sərfindən də azdır ki, bu da il ərzində istehsalatda xeyli elektrik enerjisinə qənaət etməyə imkan verəcəkdir.

Xüsusilə əhəmiyyətlidir ki, yeni qablaşdırıcı maşın həm təhlükəsizlik, həm də ekoloji baxımdan əlverişlidir. Qurğuda effektiv tozsorucu sistemin olması qablaşdırma prosesi za­ma­nı və ümumiyyətlə ətrafa yayılan istehsalat tozlarının udulmasını təmin edəcək, onun ətraf mühitə yayılma­sının, işçilərin sağlamlığına təsirinin qarşısını alacaqdır. Onu da qeyd etmək lazımdır ki, məh­suldarlığı aşağı olan mövcud qablaşdırma qurğularından fərqli ola­raq yeni qurğuya 4 nəfər deyil, 2 nəfər operator xidmət edəcəkdir. Avadanlıq kompüter pro­qramları ilə idarə olunduğundan ona xidmət etmək üçün bilavasitə «Azərikimya»da al­man və türk mütəxəs­sislərinin iştirakı ilə qısamüddətli treninq keçirilmişdir ki, bu da fasi­lə­siz iş növbələri üzrə 9 nəfər operatorun hazır­lan­ma­sını təmin etmişdir.

Yeni qablaş­dırıcı maşın quraşdırıldıqdan sonra bugün­lərdə onun test sınağı uğurla başa çat­mışdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər