«Azərikimya»nın kollektivi müharibə veteranları olan keçmiş kimyaçıları Qələbə günü münasibətilə təbrik etmişlər

683

«Azərikimya» İstehsalat Birliyinin kollektivi mayın 9-da – alman faşizmi üzərində Qələbənin 67-ci ildönümü münasibətilə II Dünya müharibəsi veteranları olan keçmiş kimyaçıları – müharibədən sonra Sumqayıt Kimya zavodunda uzun illər qabaqcıl təmirçi-çilingər kimi şalışmış Nikolay Xoxlovu, Sintetik kauçuk zavodunun keçmiş tornaçısı Yuri Yermakovu və sabiq baş mühasibi Vasili Frolovu təbrik etmişlər.

Sülh və azadlıq uğrunda ağır cəbhə yolları keçmiş veteranlara bayram hədiyyə­ləri təqdim edildikdən sonra müharibədə göstərdik­ləri igidlik və qəhrə­man­lıqlara görə «Qırmızı Ulduz», «Böyük Vətən müharibəsi» ordenləri, «İgidliyə görə» və s. medallarla təltif olunmuş veteran kimyaçılar öz cəbhə həyatları və müharibədən sonrakı dinc əmək fəaliyyətləri barədə xatirələrini danışmışlar.

Veteranlar minnətdarlıqla bildirmişlər ki, müharibə başa çatdıqdan sonra onlar Azərbaycanı özlərinə ikinci vətən seçərək, bütün talelərini o zaman yenicə təməli qoyulan Sumqayıtla bağlamış, burada hər zaman özlərinə qarşı böyük diqqət və qayğı görmüşlər.  Onlar Azərbaycan Prezidenti İlham Əliyevin mühari­bə veteranlarına göstərdiyi daimi qayğıdan razılıqlarını bildirmiş, kimyaçıların bugünkü nəslinin onları hər zaman yad etdiklərinə, problem və qayğıları ilə maraqlandıqlarına görə «Azərikimya» IB-nin kollektivinə təşəkkürlərini bildir­mişlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər