Sumqayıtın sənaye zonasında ekoloji mühitin yaxşılaşdırılmasına və yaşıllığın artırılmasına daim diqqət yetirən kimyaçılar ötən şənbə günü növbəti payız iməciliyinə çıxmışlar. Birliyin Etilen-polietilen, «Üzvi sintez», Mexaniki-təmir zavodlarının, Anbar Təsərrüfatının, Nəqliyyat və Xüsusi texnika, həmçinin Təmir-tikinti idarələrinin 600-dən artıq əməkçisi iməcilikdə yüksək fəallıqla iştirak etmişdir.
Tədbir zamanı müəssisələr üzrə ayrılmış sahələrdə 2000-ə qədər müxtəlif ağac növləri – çinar, zeytun, küknar və meyvə ağacları əkilmiş, ötən iməciliklər zamanı yetişdirilmiş ağaclara aqrotexniki qulluq göstərilmiş, onların dibləri yumşaldılmış, üzvi gübrə verilmişdir. Eyni zamanda bütün ərazilərdə geniş təmizlik-abadlıq işləri aparılmışdır.
Təbiətə və ətraf mühitə kimyaçıların diqqət və qayğısının nəticəsi olaraq son iki ildə Sumqayıtın sənaye zonasının 35 hektar sahəsində 80 mindən artıq müxtəlif növ ağac əkilib-yetişdirilmişdir.
«Azərikimya»nın müəssisələrində növbəti payız iməciliyi keçirilib
•
721