Xatırladaq ki, 45 il əvvəl – 1967-ci ildə yaradılmış Sumqayıtın Tarixi muzeyi bu şəhərin ötən əsrlərdən başlayaraq bu günümüzədək olan dövrünü, onun yeni və müasir bir sənaye şəhəri kimi inkişafını əks etdirən maddi-mənəvi bir xəzinə olmaqla özündə Sumqayıtın zəngin salnaməsini yaşadır. Muzeyin salonlarında toplanmış 15 mindən artıq qiymətli eksponat – Sumqayıtın müxtəlif dövrlərini əks etdirən foto-stendlər, müxtəlif sənədlər yalnız sumqayıtlılarda deyil, müxtəlif ölkələrdən bu şəhərə gələn qonaqlarda və turistlərdə də böyük maraq doğurur. Hələ ötən əsrlərdə Azərbaycana səfər etmiş səyyahlar, tarixçi və yazıçılar, o cümlədən dahi fransız yazıçısı və tarixçisi Aleksandr Düma öz əsərlərində Sumqayıtla bağlı maraqlı məlumatlar vermişlər.
Görüş zamanı «Azərikimya» İstehsalat Birliyində son illər baş verən pozitiv dəyişiklikləri əks etdirən slayd-şou nümayiş etdirilmişdir. Video-çarx muzeyə hədiyyə edilmişdir.
Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Olya İslamova «Azərikimya» İstehsalat Birliyi kollektivinin muzeylə daimi əlaqə saxladığına, kimyaçı¬ların və şəhər məktəblilərinin muzeyə vaxtaşırı ekskursiyalarının təşkil olunduğuna, bütövlükdə muzeyə və onun kollektivinə göstərilən diqqət və qayğıya görə Birlik rəhbərliyinə minnətdarlığını bildirmişdir. Sumqayıtın Tarixi muzeyinin 45 illiyi münasibətilə kollektivi təbrik edən «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev Birliyin son illərdəki fəaliyyətini, istehsalat və sosial inkişafını əks etdirən, xüsusi olaraq hazırlanmış albomu muzeyin yeni eksponatlarından biri kimi muzey rəhbərliyinə təqdim etmişdir.\sumqayitxeber.com\