Yanvar-noyabr ayının yekunlarına görə, “Azərikimya” İstehsalat Birliyi (SOCAR-ın kimya strukturu) dövlət büdcəsinə 3 mln. 436,73 min manat vəsait köçürüb.
Publika.Az-ın “Azərkimya” İstehsalat Birliyinə istinadən məlumatına əsasən, bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,2% çoxdur.
Bundan başqa, baxılan müddət ərzində “Azərikimya” Dövlət Sosial Müdafiə Fonduna 6 mln. 192,58 min manat vəsait köçürüb ki, bu da ğtən ilin müvafiq dövrü ilə müqayisədə 15% yüksək nəticə deməkdir. Təkcə noyabr ayında fonda edilən köçürmənin məbləği 585,96 min manat olub.