“Azərsığorta” ləğv olundu – FƏRMAN

307

Prezident İlham Əliyev Dövlət Sığorta Kommersiya Şirkətinin və “Azərsığorta” ASC-nin fəaliyyətinin təşkili haqqında 16 iyul 2022-ci il tarixli fərmanının ləğv edilməsi barədə fərman imzalayıb.

Modern.az xəbər verir ki, fərmana əsasən, “Azərsığorta” ləğv edilib.

Nazirlər Kabineti və Azərbaycan İnvestisiya Holdinqi fərmandan irəli gələn məsələləri həll etməlidir.

1991-ci ildə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sığorta (Azqosstrax) bazası əsasında Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yaradılıb.

Prezident İlham Əliyevin 2020-ci il 07 avqust tarixli Fərmanına əsasən “Azərbaycan İnvestisiya Holdinqi” təsis edilib və 2021-ci il 22 sentyabr tarixli, 2907 nömrəli Sərəncamına əsasən, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin idarə olunmasının əsasları “Azərbaycan İnvestisiya Holdinq”inin səlahiyyətinə verilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər