“Azərsun Sənaye Parkı”ndakı yanğına görə rekord məbləğdə sığorta ödənişi verilib

342

Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən, “Azərsun Holdinq” MMC-yə məxsus “Azərsun Sənaye Parkı”nda ötən ilin aprel ayında baş vermiş yanğın hadisəsinə görə 25 milyon manat sığorta ödənişi verilib.

“Report” xəbər verir ki, bu, ölkənin sığorta tarixində rekord məbləğ sayılır.

Ödənişi “Azərbaycan Sənaye Sığorta” ASC “Daşınmaz əmlakın icbari sığortası”, eləcə də “Əmlakın yanğından və digər risklərdən sığortası” üzrə həyata keçirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər