“Azərsu” ASC-nin dəstəyi ilə Sumqayıtda ictimai dinləmə olacaq.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumundan bildirilib ki, “Azərsu”nun yanında İctimai Şuranın təşəbbüsü və “Azərsu” ASC-nin dəstəyi ilə iyulun 15-i saat 11:00-da Sumqayıt şəhəri Su kanal İdarəsində ictimai dinləmə keçiriləcək. İctimai dinləmədə iştirak etmək üçün Sumqayıt şəhəri Su kanal İdarəsinin binasına yaxınlaşa bilərsiniz. Ünvan: Səməd Vurğun, 92A.
Ətraflı məlumat üçün: (077) 415-15-15 (“Azərsu” ASC-nin yanında İctimai Şuranın sədri Rauf Zeyni)