“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) yanında Bədii Şuranın üzvləri ictimai fikri öyrənmək məqsədi ilə regionlarda ictimaiyyət təmsilçiləri ilə görüşlərə başlayıb.
AZTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən “Report”a verilən məlumata görə, bu il ilk belə görüş Sumqayıtdakı Heydər Əliyev Mərkəzində şəhər ictimaiyyətinin nümayəndələri keçirilib.
Bədii Şuranın üzvləri AzTV-də aparılan islahatlar, efirə çıxan yeni layihələr barədə məlumat veriblər.
Daha sonra televiziyanın fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, yeni verilişlər barədə rəy və təkliflər dinlənilib.