Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə yeznəsini qətlə yetirməkdə təqsirləndirilən Sumqayıt şəhər sakini Qalib Fəttayevin məhkəməsi başlayıb.
Gün.Az-ın məlumatına görə, qətl hadisəsi bu ilin mayın 21-də Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində baş verib.
İttihama görə, Sumqayıt sakini 26 yaşlı Qalib Fəttayev bacısının əri 36 yaşlı Sahib İsmayılovu bıçaqlayaraq qətlə yetirib.
Araşdırmalar zamanı müəyyən edilib ki, Sahib İsmayılovun öz həyat yoldaşından, yəni Qalibin bacısından boşanmaq istəməsi Qalib Fəttayevin xoşuna gəlməyib və buna görə də qanlı hadisə baş verib.
İntiqam Orucov
Gün.Az