Bakı metrosunda daha bir DƏHŞƏTLİ İNTİHAR - AD AÇIQLANDI

1215

Bakı metrosunda intihara cəhd olub. Lent.az xəbər verir ki, səhər saatlarında “Qara Qarayev” metro stansiyasında 50-60 yaşlı kişi özünü qatarın altına atıb. O, ağır vəziyyətdə xəstəxanaya aparılıb. Xəstəxanadan Lent.az-a bildirilib ki, ağır vəziyyətdə reanimasiyaya yerləşdirilən şəxs 1971-ci il təvəllüdlü Cəmilov Cəmil Qulam oğludur.

Bakıl Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, hadisə “Həzi Aslanov” stansiyasından “Dərnəgülə”ə gedən, 28 saylı marşrut üzrə hərəkət edən qatar “Qara Qarayev” metrostansiyasına daxil olanda baş verib. Həmin şəxs özünü qatarın altına atmaq istəyib: “Lakin qatar həmin şəxsi vuraraq platformaya atıb, intihara cəhd edən şəxs relslərin üzərinə düşməyib. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər