Bakı sakini illərdir, əziyyət çəkib topladığı pulu, elə ev almağa gedərkən itirib.
sumqayitxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtda yaşayan Bəhruz Bayramovun ailəsindən gedir.
Belə ki, ailənin əziyyət çəkib topladıqları 21800 manat pul və 5 min manat dəyərindəki qızılın olduğu çanta alacaqları evə baxmağa gedərkən Sabunçu rayon Zabrat qəsəbəsi ərazisində itib.
Bəhruz Bayramov pulu tapıb qaytaran şəxsə 3-4 min manat mükafat vəd edib.
Zərərçəkmiş məsələ ilə bağlı polisə də məlumat verib.
Müzakirə qapadılmışdır.