Bakı sakini ev almağa gedərkən pulunu itirdi – VİDEO

1105

Bakı sakini illərdir, əziyyət çəkib topladığı pulu, elə ev almağa gedərkən itirib.

sumqayitxeber.com Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtda yaşayan Bəhruz Bayramovun ailəsindən gedir.

Belə ki, ailənin əziyyət çəkib topladıqları 21800 manat pul və 5 min manat dəyərindəki qızılın olduğu çanta alacaqları evə baxmağa gedərkən Sabunçu rayon Zabrat qəsəbəsi ərazisində itib.

Bəhruz Bayramov pulu tapıb qaytaran şəxsə 3-4 min manat mükafat vəd edib.

Zərərçəkmiş məsələ ilə bağlı polisə də məlumat verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər