Xəbər verdiyimiz kimi ötən gün (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə yeni tariflər təsdiq edilib.
Qərara əsasən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcəkdir.
Bundan əvvəl isə ölkədaxili hərəkət edən qatarlarda SV tipli vaqonlar üçün də qiymətlər artırılaraq 20.46 qəpikdən 22 manat 67 qəpik olub.
Bəs bu qiymət artımı Bakı-Sumqayıt sürət qatarına təsir edəcəkmi?
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Sevinc Qədirova ilə əlaqə saxladıq.
S.Qədirova Xeberle.com-a açıqlamasında bu barədə məlumatsız olduğunu bildirdi. Qurumun sözçüsü Bakı-Sumqayıt sürət qatarlarında gediş haqqının artırılmasının gözlənilmədiyini də deyib.
Xeberle.com