Bakı-sərnişin-Keşlə mənzilinin cüt baş yolunda aparılan əsaslı təmir işləri ilə əlaqədar verilən “Texniki fasilə” başa çatıb.
Bu barədə Modern.az-a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.
Bununla əlaqədar olaraq, noyabrın 3-dən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarları iyulun 7-də təsdiq olunmuş hərəkət cədvəli üzrə hərəkət edəcəklər.
Qeyd: – Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6013, 6017, 6022, 6026 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.
– Hər şənbə, bazar və bayram günləri: Sumqayıt stansiyasından saat 0917 –də yola düşən 6012 elektrik qatarı saat 0950 –də yola düşəcəkdir və Bakıya saat 1032-də çatacaqdır; Sumqayıt stansiyasından saat 0950 –də yola düşən 6014 elektrik qatarı saat 1100-da yola düşəcəkdir və Bakıya saat 1142-da çatacaqdır.