Bakı və Sumqayıt arasında metrobus marşrutunun salınması layihəsinə gələn il baxılması nəzərdə tutulur.
Bu barədə Lent.az-a Nazirlər Kabinetindən məlumat verilib. Hazırda hökumət Bakı və Sumqayıt şəhərləri arasında intensiv nəqliyyatın təşkili ilə bağlı bir neçə layihə üzrə təklifləri nəzərdən keçirir.
Bu təkliflər arasında Bakıdan Sumqayıta metrobusun və metronun çəkilişi də yer alır. Bununla yanaşı, Bakının mərkəzindən Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində də metrobus xəttinin çəkilməsi müzakirə mövzusudur.
Yeni layihə əsaslandırıldıqdan sonra müvafiq qərarın qəbulu gözlənilir.
Rəşad, lent.az