Bayram günlərində Bakı-Sumqayıt elektrik qatarları hərəkət cədvəli açıqlanıb.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, 31 dekabr, 1 yanvar və 4 yanvar qeyri-iş günləri olduğuna görə həmin günlər yalnız aşağıda qeyd olunan Bakı-Sumqayıt elektrik qatarları hərəkətdə olacaq:
- Sumqayıtdan saat 07:40-da yola düşən 6606 nömrəli qatar
- Sumqayıtdan saat 09:20-də yola düşən 6614 nömrəli qatar
- Bakıdan saat 16:55-də yola düşən 6611 nömrəli qatar
- Bakıdan saat 17:20-də yola düşən 6613 nömrəli qatar
- Bakıdan saat 18:50-də yola düşən 6621 nömrəli qatar
- Bakıdan saat 19:50-də yola düşən 6625 nömrəli qatar
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq, 2 və 3 yanvar (şənbə və bazar) günləri qatarlar hərəkətdə olmayacaq.