Bakı dairəvi dəmir yolunun tikintisi çərçivəsində 23 dəmir yolu stansiyası tikiləcək.
Fins.az-ın məlumatına görə, bunu jurnalistlərə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.
Qurumun sədrinin sözlərinə görə, Bakı dairəvi dəmir yolu üzrə böyük proqram var: “Əvvəllər Bakı qəsəbələrinin sakinləri elektrik qatarlarından fəal istifadə edirdi və Prezident İlham Əliyev bu xətlərin bərpa olunmasını tapşırıb. Bu, sərnişin daşımalarını azaltmağa imkan verəcək. Biz artıq bu proqramın reallaşdırılmasına hazırlığı başlamışıq. İş Sabunçu stansiyasından başlayacaq. Biz orada tunel tikəcəyik, yatağı yüksəldəcəyik və yenin stansiyalar tikəcəyik. Ümumilikdə 23 stansiya tikiləcək”.
Sədr vurğulayıb ki, Bakı dairəvi dəmir yolunun yaradılması üzrə işlərə bu il ilkin olaraq, 100 milyon manat ayrılıb.