Bakı-Sumqayıt qatarı gənc qızı vurdu

2011

Abşeron rayonunun Xırdalan şəhərində gənc qızı qatar vuraraq ona ağır xəsarət yetirib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, 1992-ci il təvəllüdlü Yaqubova Aytən Ədalət qızı ötən gecə platformada relslərə yaxın ərazidə dayanarkən, onu Bakı-Sumqayıt reysi ilə hərəkətdə olan sürət qatarı vurub.

Yaralı dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər