Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında gediş haqqında dəyişikliklər ediləcək.
“Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, yenilik yanvarın 28-dən tətbiq ediləcək.
Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarına minik zamanı keçid turniketlərində və bilet kassalarında və köşklərdə yaranan növbələrin aradan qaldırılması məqsədi ilə kağız biletlər ilə yanaşı elektron plastik kartlar istifadə edilir. Bu da sərnişinlərin turniketlərdən vaxt itkisinə yol vermədən sərbəst keçidini təmin edir.
Sərnişinlər kağız biletlərdən istifadə etdikdə, biletlərin yararsız hala düşməsi səbəbindən turniketlərdən keçid zamanı problemlərin yarandığını nəzərə alaraq, eyni zamanda bilet satışı köşklərində, kassalarda yaranmış növbələrin tam aradan qaldırılması, həmçinin sərnişinlərin plastik kartlardan daha çox istifadəyə cəlb edilməsi və bununla da gediş-gəliş zamanı sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə kağız biletlər və plastik kartlarla gediş haqqı arasında qiymət fərqi tətbiq ediləcək.
Bundan başqa, sözügedən qatarların biznes sinifli vaqonlarında gedişə olan tələbin təklifə uyğunlaşdırılması məqsədilə gediş haqqı tənzimlənəcək.
İstiqamət |
Tarif (manatla)
(ƏDV daxil olmaqla) |
|||
Ekonom | Biznes | |||
Plastik kartla | çap olunmuş
biletlə |
Plastik kartla | çap olunmuş
biletlə |
|
Bakı-Sumqayıt (Sumqayıt-Bakı) | 1,0 | 1,10 | 2,00 | 2,10 |
Bakı-Biləcəri (Biləcəri-Bakı) | 0,40 | 0,50 | 1,60 | 1,70 |
Bakı-Xırdalan (Xırdalan-Bakı) | 0,60 | 0,70 | 1,80 | 1,90 |
Biləcəri-Xırdalan (Xırdalan-Biləcəri) | 0,40 | 0,50 | 1,20 | 1,30 |
Biləcəri-Sumqayıt (Sumqayıt-Biləcəri) | 0,80 | 0,90 | 1,80 | 1,90 |
Xırdalan-Sumqayıt (Sumqayıt-Xırdalan) | 0,60 | 0,70 | 1,60 | 1,70 |