Bakı-Sumqayıt qatarının hərəkət qrafikinin dəyişməsi problem yaratdı

554

Bakı-Sumqayıt sürət qatarının hərəkət qrafikindəki müvəqqəti dəyişiklik sərnişin sıxlığına və narazılığa səbəb olub.

Oxu.Az-ın məlumatına görə, 08:30-da Bakı stansiyasına çatmalı olan qatar 16 dəqiqə gecikmə ilə stansiyaya çatıb.

Xatırladaq ki, Biləcəri – Keşlə sahəsində kontakt naqilinin dəyişdirilməsi ilə əlaqədar Abşeron dairəvi dəmiryolu xətti üzrə hərəkət edən elektrik qatarlarının qrafiklərində müvəqqəti dəyişikliklər edilib.

Dəyişikliklə sentyabrın 3-ü saat 09:00-dan sentyabrın 8-i saat 19:00-dək Bakı-Pirşağı-Sumqayıt-Bakı, eləcə də Bakı-Xırdalan-Sumqayıt-Bakı şəhərətrafı sürət elektrik qatarlarının hərəkət cədvəlində bəzi reyslərin vaxtı yeni qrafiklə tənzimlənir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər