Bakı-Sumqayıt yolunda ağır yol qəzası baş verib, yaralılar var

426

Bu gün səhər saatlarında Bakı-Sumqayıt yolunun 16-17-ci kilometrliyində ağır yol qəzası baş verib. Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Qafqaz Universitetini9n yaxınlığında baş verib.

Belə ki, qara rəngli “VAZ-2106” markalı minik maşını ilə ağ rəngli “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb. Verilən məlumata “VAZ-2107” markalı maşının sürücüsünün vəziyyəti daha ağırdır.

Qəza nəticəsində hər iki avtomobil yararsız vəziyyətə düşüb. Qəzanın baş verməsinə yolların buz bağlaması səbəb olub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər