Bakıdan Sumqayıta gedən yolda avtomobil piyadanı vuraraq öldürüb.
“Report” xəbər verir ki, hadisə Bakı-Quba yolunun Abşeron rayonu ərazisinə düşən hissəsində baş verib.
“90-NK-668” dövlət qeydiyyat nişanlı “Mercedes Vito” markalı avtomobil qəfil yola çıxan təxminən 30-35 yaşlı kişini vurub.
Sürücü yaralını xəstəxanaya çatdırsa da, o, həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb.
Araşdırma aparılır.