Bakı-Sumqayıt yolunda paytaxt istiqamətində tıxac yaranıb.
Oxu.Az xəbər verir ki, Abşeron rayonu Masazır dairəsi keçən hissəsindən başlayan sıxlıq 20 Yanvar dairəsinə qədər davam edir. Sıxlıq səbəbindən yolda nəqliyyat vasitələrinin hərəkəti iflic olub.
Yaranan tıxaca səbəb yolun genişləndirməsi istiqamətində aparılan təmir işləri ilə əlaqədardır.