Axşam saatlarından Abşeron yarımadasına yağan yağış bəzi yollarda sıxlıq yaradıb. Vətəndaşlar redaksiyaya müraciət edərək bildiriblər ki, Bakı-Sumqayıt yolu paytaxt istiqamətində böyük tıxac yaranıb və avtomobillərin hərəkəti dayanıb.
“Qafqazinfo” məsələ ilə Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlayıb. İdarənin mətbuat katibi, polis polkovniki Rüfət Quliyev açıqlamasında bildirib ki, ərazilərdə və yollarda quraşdırılmış xüsusi texnika vasitəsilə Bakı-Sumqayıt yolunun paytaxt istiqamətində olan hissəsinə baxış keçirilib: “Saat 09:40 radələrində həmin ərazidə nəqliyyat vasitələrinin saytında artım müşahidə olunur. Hərəkət zolaqlar üzrə sıxlıq təşkil etsə də, böyük bir tıxac yoxdur, hər iki istiqamətdə fasiləsiz hərəkət var. Qeyd olunan ərazidə nəqliyyat vasitələrinin normal hərəkəti üçün bütün şəraitlər yaradılıb.
Sürücülərə müraciət edirik ki, bir qədər səbrli olsunlar, qaydalara riayət etsinlər. Hərəkətin tənzimlənməsi üçün ərazidə xidmət aparan yol polisi əməkdaşları da lazımi tədbirlər həyata keçirirlər”.