Bakı-Sumqayıt yolunu kim bağlayır?

783

Yol polisləri Ramil Usubovun adını çəkir, DIN isə deyilənləri böhtan adlandırır

Artıq bir neçə aydır ki, hər gün Bakı-Sumqayıt yolu bağlanır. Bu barədə “AzeriNews.org”a sürücülər məlumat verib. Onların sözlərinə görə, yolun bağlanması səhər saatlarına təsadüf edir:
“Saat 8:30-9:00 radələrində yol polisləri Bakı-Sumqayıt yolunun ”VAZ-ın kruqu” deyilən hissəsində hərəkəti dayandırır. Səbəbini soruşduqda deyirlər ki, daxili işlər naziri Ramil Usubov burdan keçir. Polislərin yalan yoxsa doğru danışdıqlarını deyə bilmərik. Biz onu bilirik ki, təxminən 30 dəqiqə yol bağlı qalır. Bu müddət ərzində tıxacın uzunluğu Ceyranbatan qəsəbəsinə qədər uzanır”.
Sürücülər əlavə edib ki, həmin müddətdə Novxanı-Masazır və Xırdalan yolları da bağlı olur. Onlar həmin vaxt çəkdikləri fotoları da sayta təqdim ediblər.
DIN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mənsurzadənin “AzeriNews”a bildirdiyinə görə, mümkündür ki, Quba-Bakı yolunun hərəkət istiqamətində avtomobillərin intensivliyini təşkil etmək üçün müəyyən vaxtlarda yol bağlana bilər. Amma Ramil Usubovun bu məsələyə heç bir aidiyyatı yoxdur. Onun sözlərinə görə, deyilənlər yalan və böhtandan başqa bir şey deyil.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər