Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialı kartların verilməsi ilə bağlı gücə-gündüz rejimində işləyir
Azərbaycan Beynəlxalq Bankı (ABB) 114,1 min yeni pensiya kartının verilməsini təmin edib. Bu barədə ANS PRESS-ə Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətindən məlumat verilib.ABB istifadə müddəti mart ayında başa çatmış kartların əvəzinə 39,4 mindən çox, istifadə müddəti aprel ayında başa çatmış kartların əvəzinə 62,8 mindən çox, istifadə müddəti may ayında başa çatmış kartların əvəzinə isə 11,9 min yeni pensiya kartı verib.
Bakıda və Sumqayıtda yaşayan pensiyaçılara bank tərəfindən 101,2 min plastik kartın verilməsi təmin edilib. Ölkənin rayonlarında təxminən 13 min kart verilib.