Bakı Dövlət Sirkinin yaxınlığında baş verən hadisə ilə əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Əlavə məlumat veriləcək.
APA-nın əldə etdiyi məlumata görə, xəsarət alanlardan biri tələbədir.
***
14.57
Paytaxtın Nəsimi rayonunda 3 nəfərin odlu silahdan açılan atəşdən yaralanması ilə bağlı polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Araşdırma aparılır. Əlavə məlumat veriləcək.
APA-nın əldə etdiyi xəbərə görə, hadisə “Vurğun Residence”nin qarşısında baş verib.
***
14.47
Bakıda atışma olub.
APA xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb.
Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, araşdırma aparılır.
Müzakirə qapadılmışdır.