Bakıda avtomobil iki piyadanı vuraraq öldürüb

1246
Sentyabrın 4-də saat 4 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Cəmil İsmayılzadə idarə etdiyi “Jeep” markalı avtomobillə paytaxt sakini Validə Şirinovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyindən “Ölkə.Az”a verilən xəbərə görə, Xəzər RPİ tərəfindən araşdırma aparılır. Eyni zamanda sentyabrın 4-də saat 20 radələrində Abşeron rayonunun Novxanı kəndi ərazisində Masazır kənd sakini Məmməd İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Şəki rayon sakini Hikmət Nəsrullayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

 Anoloji hadisə Sabirabad rayonunun Şıxsalahlı kəndi ərazisində baş verib. Belə ki, sentyabrın 4-də saat 23 radələrində Sabirabad rayonunun Şıxsalahlı kəndi ərazisində Güdəcühür kənd sakini Nizami Ələsgərov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən kənd sakini Xəyal Paşayevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər