Bakıda bir gündə məhv olan ailənin FOTOLARI – 4-ü də yanaşı dəfn edildi

2134

Bakı şəhərinin Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən evdə ana və 3 körpə övladının dəm qazından zəhərlənərək ölməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Publika.az xəbər verir ki, ev sahibi, Neftçala rayon Xolqaraqaşlı kənd sakini Əsədulla Əsgərov Bakıda şirkətlərdən birində mühafizəçi işləyib. O, yanvarın 25-də gecə növbəsində işdə olub və səhər saatlarında evə gələndə həyat yoldaşı 26 yaşlı Elmira Əsgərova ilə övladları – 5 yaşlı Əli, 3 yaşlı Fatimə və 1 yaş 6 aylıq yaşlı Zeynəbin dəm qazından zəhərlənərək vəfat etdiyini görüb.

Ə.Əsgərov bildirib ki, həyat yoldaşı kiçik qızı Zeynəblə xilas olmağa çalışsa da, yerə yıxılıb və onları döşəmədə, digər iki uşağı isə çarpayıda ölmüş vəziyyətdə tapıb.

Dəhşətli hadisədə ölən ana və körpələrinin fotolarını təqdim edirik. Qeyd edək ki, vəfat edən ana və övladları Xolqaraqaşlı kənində yanaşı dəfn edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər