Bakıda daha bir zavodda partlayış – Foto + Video

1529

Paytaxtın Xətai rayonunda, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Radioquraşdırma zavodunda partlayış baş verib.

“Qafqazinfo”nun hadisə yerində olan müxbirinin verdiyi məlumatına görə, hadisə yerinə çoxlu sayda yanğınsöndürən maşın cəlb edilib.

İnsanlar əraziyə yaxın buraxılmır.

Partlayışın səbəbi bilinmir.

Qeyd edək ki, “Radiozavod” 1948-ci ildə Yеrli Sənаyе Nаzirliyinin tаbеliyində yaradılıb. 1984-cü ildə “Radiozavod” “Robot” zavodu ilə birləşdirilərək “Radioquraşdırma” Bakı İstehsalat Birliyi adlandırılıb.

2006-cı ildən zаvоd Azərbaycan Respublikası Müdаfiə Sənаyеsi Nаzirliyinin tаbеliyində fəaliyyət göstərir.

Xatırladaq ki, bu gün Nərimanov rayonunda Keşlə qəsəbəsində yerləşən Qara Metal Zavodunda yanğın baş vermişdi.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova “Qafqazinfo”ya bildirib ki, hadisə zamanı xəsarət alan olmayıb. Hər ehtimala qarşı təcili yardım əməkdaşları hazırda hadisə yerindədirlər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər