Paytaxtda dəhşətli qəza baş verib.
“Qafqazinfo” bildirir ki, Heydər Əliyev prospektində bir neçə maşın qəzaya düşüb. Belə ki, “Lexus” orta yolda hərəkət edən “Opel” markalı avtomobili arxadan vurub.
Zərbədən “Opel” orta yoldan çıxaraq köməkçi yola düşüb. Köməkçi yolda isə “Opel” daha iki maşına dəyib.
Hadisə zamanı “Opel”də olan hər iki sərnişinin öldüyü deyilir.
Bakı Nəqliyyat Agentliyi də qəza ilə bağlı məlumat yayıb. Qeyd olunur ki, hazırda Heydər Əliyev prospektində-metronun “Koroğlu” stansiyasından şəhər mərkəzi istiqamətində əsas və kənar yolda tıxac müşahidə edilir. Buna səbəb prospektin Ağa Nemətulla küçəsi ilə kəsişməsinə yaxın hissəsində yol nəqliyyat hadisəsinin baş verməsidir.