Bakıda iki azyaşlı uşaq 20 gün əvvəl bir dayə tərəfindən polisə təhvil verilib.
“Qafqazinfo”nun Xezerxeber.az-a istinadən məlumatına görə, təqribən 5-6 yaşlarında olan uşaqların valideynləri tərəfindən atıldığı ehtimal edilir.
Onları polisə təhvil verən dayə bildirib ki, uşaqların anası baxması üçün balacaları onun yanına qoyub. Lakin xeyli müddət keçsə də, azyaşlıların anası geri qayıtmayıb.
Qardaş olduqları ehtimal edilən uşaqların ünsiyyət problemi var, amma lal deyillər. Bunu da həmin azyaşlılar sığınacaqdakı uşaqları çağırarkən müəyyən etmək mümkün olub.
Uşaqlarının valideynlərinin axtarışları da heç bir nəticə verməyib.
Azyaşlıların yaxınlarını tanıyanlar sığınacağın (055) 466-08-06 nömrəli qaynar xəttinə zəng edərək məlumat verə bilərlər.