Bakıda kişi qayınanasını boğub öldürdü

1145

Yanvarın 11-də, Yasamal rayonunda, “Qanlı göl” yaşayış massivinin ərazisində 1958-ci il təvəllüdlü yerli sakin Namazova Nigar Koroğlu qızının meyiti tapılıb.

Bu barədə oxu.az-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib.

 Namazovanın ailə üzvlərinin sözlərinə görə, o, yıxılaraq başının daşa dəyməsi nəticəsində dünyasını dəyişib. Ancaq məhkəmə tibbi ekspertizasının nəticələri bunun əksini deyib. Məlum olub ki, Namazova qətl qurbanı olub; onu boğaraq öldürüblər.

Qısa zamanda istintaq-əməliyyat qrupu cinayətkarın izinə düşüb. Qatilin Namazova ilə eyni ünvanda yaşayan, əvvəllər məhkum olan kürəkəni olduğu ortaya çıxıb. Nəticədə 1983-cü il təvəllüdlü Ağdaş rayon sakini Cavad İbrahimov polis tərəfindən saxlanılıb.

Yanvarın 12-də fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi açılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər