Suraxanıda bədbəxt hadisə baş verib.
Hadisə paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb. Belə ki, lift təmir istehsalat birliyində elektirik mexanik vəzifəsində işləyən 40 yaşlı Sumqayıt sakini Elçin Əliyev nasaz olan lifti təmir etmək məqsədilə kobinənin üstünə çıxıb.
Daha sonra Elçin Əliyev kobinənin içərisində olan digər işçi 2-ci dərəcəli elektirik mexanik Aslan İslamova lifti yuxarı qaldırmağa göstəriş verib.
Elə bu zaman Elçin Əliyevin ayağı kobinə ilə liftin şaxtası arasında qalıb və aldığı xəsarətlər nəticəsində həyatını itirib. Ağır yaralanan Aslan İslamov isə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.mənbə: atvxeber.az