Bakıda işıqların qəfil sönməsi ilə sərnişinlər metroda çətin vəziyyətdə qalıb.
Metroda tuneldə qalan sərnişinlər təcili evakuasiya olunub.
Sərnişinlərdən bəzilərinin vəziyyəti pisləşib və təcili tibbi yardım onlara ilkin yardım göstərib. Qısa zamanda sərnişinləri metrodan çıxarmaq mümkün olub.
Qeyd edək ki, qatarların hərəkətini təmin etmək üçün elektrik enerjisinin verilişində dayanıqlıq olmadığından, Bakı Metropoliteni test rejimində fəaliyyət göstərəcək.