Bakıda sevgilisindən ayrılan qız hicabı ilə hamamda özünü asdı (VİDEO)

2183

Yasamal rayonunda baş verən intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.

Abbas Mirzə Şərifzadə küçəsində yerləşən binada sevgilisinə görə intihar edən qız rəfiqəsigilə elə sevdiyi oğlanla gəlib.

Space TV-nin verdiyi məlumata görə, onlar burada mübahisə ediblər. Oğlan qıza onu sevmədiyini deyəndən sonra gedib.

Bundan sonra qız hamam gedib və burada başınadkı hicabla özünü asıb.

Hadisənin baş verdiyi mənzilə Yasamal Rayon Prokurorluğunun və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən baxış keçirilib.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

BAKU.WS

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər