Sumqayıt sakini Bakıda avtomobil tərəfindən vurulub.
“Report”un yerli bürosunun verdiyi məlumata görə, Sumqayıt şəhər 13-cü mikrarayon sakini, 1978-ci il təvəllüdlü Allahverdiyeva Cəmilə Telman qızını Bakı şəhər Mərdəkan qəsəbəsində naməlum avtomobil vuraraq hadisə yerindən qaçıb. Müxtəlif bədən xəsarətləri alan qadın piyada Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hazırda hadisə yerindən qaçan sürücünün kimliyinin öyrənilməsi istiqamətində araşdırma aparılır.