Azərbaycan Texniki Universitetində (AzTU) tələbə boyun nahiyəsindən kəsilmiş xəsarətlər alıb
Minval.info-nun “Report”a istinadən xəbərinə görə, hadisə ötən gün dərs saatında baş verib.
Məlumata görə, 1999-cu il təvəllüdlü Əsədov Xalid Şücaət oğlu idman dərsi zamanı, universitetin idman zalında nəzarətsiz şəkildə dəmir alətlə məşq edib. Bu zaman tələbənin əlindəki küt dəmir alət onun boynuna dəyib. Tələbə boyunun ön səthinin əzilmiş və kəsilmiş xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.