Bakıda və bəzi bölgələrdə elektrik enerjisinin verilişində fasilə yaranıb – YENİLƏNİB

1248

Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb.

Bu barədə “APA-Economics”ə “Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı məlumat verib. Onun sözlərinə görə, hadisənin başvermə səbəbləri araşdırılır.

***

16:39

Bakıda və ölkənin müxtəlif bölgələrində yenidən işıqlar sönüb.

Lent.az-ın məlumatına görə, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat veriblər.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Lent.az-a bildirib ki, məsələni araşdırırlar: “Yaxın dəqiqələrdə rəsmi məlumat veriləcək”.

İşıqların sönməsi “Bakı Metropoliteni”nin də fəaliyyətində problem yaradıb.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Lent.az-a bildirib ki, saat 16.10-dan 16.30-dək metropolitenin Bənövşəyi xəttinin “Avtovağzal- Memar Əcəmi” stansiyalarında işıq olmayıb. Həmin vaxt tuneldə qalan olmadığını deyən qurum rəsmisi artıq hərəkətin bərpa olunduğunu bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər