Bakıdan sonra ən bahalı evlərin olduğu bölgələr- Sumqayıtda qiymətlər...

2444

Bakıdan sonra ən yüksək qiymətə mənzil satılan şəhərlər Xırdalan və Sumqayıtdır. Bu da onunla izah edilir ki, Bakıya yaxındır və çox adam Bakıda işləyir lakin Xırdalan və ya Sumqayıtda yaşayır.  Ona görə ən gur tikinti Xırdalan və Sumqayıt şəhərlərində həyata keçirilir. Xırdalanda mənzillər yəni bina evləri kv metri 600 – 1000 manatdan başlayır. Orta qiymət söyləmək isə bir qədər düz olmaz . Çünki bu şəhərlərdə mənzillərin qiyməti müxtəlifdir. Bu sözləri daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyevbildirib.

Ekspertin sözlərinə görə, Xırdalan və Sumqayıtda novostroykaların  ilkin əldən qiyməti  700 manatdan başlayır. İkinci əldən isə mənzillər isə bir qədər ucuz qiymətə satılır. Sumqayıt və Xırdalanda evlərin qiymətləri demək olar ki eynidir.

Xırdalan və Sumqayıtdan sonra bahalı mənzillər Gəncə şəhərindədir .  Çünki Gəncə ölkənin ikinci ən böyük şəhəridir. Həmçinin iqtisadiyyatı da digər bölgələrlə müqayisədə bir qədər yüksəkdir.

Həmçinin Şimal rayonları turizm mərkəzi kimi tanındığından burada da evlər bir qədər bahadır. Bura Quba, Xaçmaz, Qəbələni  misal göstərmək olar. Bu da adları çəkilən bu bölgələrin turizm sahələri olması ilə əlaqədardır.

Qubada evlər tam olaraq həyət evləri olduğu üçün, kəndin yerləşməsindən asılı olaraq evin kv metri 200 manatdan 1500 manata kimi bahalaşa bilər. Ümumiyyətlə rayonlarda yuxarı həddlə aşağı həd arasında fərq çoxdur. Rayonlar yaxşı yerlə ucqar yer arasında qiymət fəqi 4-5 dəfəyədək arta bilər.

Qəbələdə digər rayonlara nisbətən qiymətlər kifayət qədər bahadır. Fərq 30-40%
Bölgələrin hansında “novostroyka”lar tikilir ?

Navastroykalar əsasən Mingəçevirdə tikilir. Bura ölkəmizdə müəyyən qədər az dəyərləndirilmiş yer sayılır. Mingəçevirin gələcək perspektivi kifayət qədərdir çünki  müəyyən turistik zona sayılır. Eyni zamanda ölkənin 4-5 -ci şəhəridir. Hesab edirəm ki, gələcək perspektivdə Mingəçevir digər regionları qabaqlaya bilər. Fins.az xəbər verir ki, bu sözləri əmlak sahəsi üzrə ekspert Rəşad Əliyev Fins.az-a açıqlaması zamanı bildirib.
Perspektivli yerlərdən biri kimi Naftalanı da qeyd etmək olar?

Burada evlərin qiymət artımını o qədər də proqnozlaşdırmaq olmaz. Ona görə ki, turizm xidməti əsasən Naftalan vannaları ətrafında olur ki, bu infrastruktur da otellərdə  və müalicə sanatoriya mərkəzlərində formalaşır.

O ki, qaldı kənd evlərini alıb icarəyə vermək! Bu tip evlər daha çox, şimal bölgələrindəki evlərə xasdır. Naftalan kimi yer, turizm zonası sayılsa da xidmətlər sanatoriyaların həyətlərində həyata keçirilir. Ona görə də insanlar evdə qalmaqdansa sanatoriyalara gedirlər ki, bu da bu zonada evlərin alınıb icarəyə verilməsini sərfəli etmir. Həmçinin Naftalanın yaşıllıq ərazisi də azdır.
Evlər əsasən bu bögələrdə alınıb icarəyə verilir

Əsasən evləri Şimal rayonlarında alıb icarəyə verirlər amma burada bir incə məqam  var ki, Bakıdan ev alanlar özləri gedib orada istirahət edir. Qışda da insanlar bu ərazilər soyuq olduğundan bu yerlərə səfər etmirlər. Ona görə inanmıram ki, bu bölgədə alıb evləri kirayə versinlər.

İstənilən halda nəzərə almaq lazımdır ki, qiymət artımı iki halda mümkündür. Birinci, tələbatın artımı, ikinci isə psixoloji faktorlarla əlaqədar olur. Misal üçün qiymət artmamalıdır amma qiymət bahalaşır. Həmçinin reklamın da təsiri var. Amma şəksiz perspektivli zonalar Azərbaycanda var -deyə Rəşad Əliyev bildirib. (Fins)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər